1C Proqramçı
Vəzifəyə aid qoyulan tələblər
• Təhsil: İnformatika, Kibernetika, Kompüter mühəndisliyi və.s sahəsində ali təhsil
• Təcrübə: 1C proqramlaşdırma və tətbiqi sahəsində 3 illik iş təcrübəsi
• Yaş: 25 – 40
Vəzifəyə aid qoyulan tələblər
• Biznes analiz işləri aparmaq;
• Texniki tapşırıq sənədi yazmaq;
• Layihə planı hazırlamaq və layihəyə rəhbərlik etmək ;
• 1C proqram təminatını quraşdırmaq;
• Texniki tapşırıq sənədinə uyğun 1C proqram təminatını tətbiq etmək/proqramlaşdırmaq;
• Proqram təminatını test etmək;
• İstifadəçilər üçün istifadə təlimatını hazırlamaq;
• İstifadəçilərin müraciətlərini cavablandırmaq və həll edilməsini təşkil etmək;
• Yeni modulların yazılması və dəyişikliklərin edilməsi.
Tələblər:
-Proqram təminatının tətbiqi layihələrində biznes analist işlərində təcrübə;
– ERP, HR, Sənəd dövriyyəsi layihələri haqqında məlumatlı olmaq;
– Analitik düşünmək və yaranan problemləri vaxtında aradan qaldırmaq;
– Verilən tapşırığa adaptasiya olmaq və sərbəst araşdırmaq;
– Kollektiv şüurla komanda şəklində fəaliyyət göstərmək;
– Texniki rus və ingilis dili (daha yaxşı bilənlərə üstünlük verilir);
– Diqqətli və məsuliyyətli olmaq;
– Sıralama, konkurent və paralel alqoritmlərlə tanışlıq;
– Ümumi alqoritm qurmaq
– Asan ünsiyyət qura bilmək;
– İdeyanı strukturlaşdırılmış qaydada təqdim etmək;
Əlavə məlumatlar:
• Əmək haqqı: Razılaşma yolu ilə
• İş qrafiki: 5 gün, 09:00 – 18:00.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “ 1C Proqramçı” sözünü qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
Job Features
Job Category | İnformasiya Texnalogiyaları |