Vəzifə: Mütəxəssis Funksiya: Əməliyyat Department: Əməliyyat və Nəzarət Qrup: Müştəri Xidmətləri Tabeçilik: Qrup rəhbəri Vəzifənin məqsədi Filial daxilində yüksək xidmətin (əməliyyatlar) təqdim olunmasına görə məsuliyyət daşıyır. Vəzifə öhdəlikləri – Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi. – Hər müştərinin tələblərinin dəqiq müəyyənləşdirilməsi və idarə olunması – Müştərinin loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması – Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımi addımların atılması. – Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində, yüksək səviyyədə və təsdiq olunmuş qayda və prosedurlara uyğun icrasının təmin edilməsi – Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımı prosedurların icrası. – İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğunu təmin edilməsi – Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi. – Bank məhsuları üçün çarpaz satışın dəstəklənməsi. – Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması. – Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi. – Ehtiyac olduqda digər filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi – Bank məhsulları və xidmətləri, habelə bütün yeniliklər haqqında məlumatlı olmaq – Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatı. – Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq. – Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumatın verilməsi – Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək. – Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar Tələb olunan bilik, bacarıq və təcrübə • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-3 il • Lisenziya / Sertifikat: – • Xarici dillər: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə) • Kompüter bilikləri: Microsoft Office (Excel, Word) • Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri. • Bazar üzrə biliklər: • Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı. Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Əməliyyat üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. |