Vahid Ələkbərovun oğlunu Rusiyanın ən varlı varisi elan etdilər

1
1533

“Lukoyl” şirkətinin prezidenti, Rusiyada yaşayan, əslən azərbaycanlı olan milyarder Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov Rusiyanın ən varlı varisləri sırasında ilk pillədədir.

“Forbes” jurnalının qiymətləndirilmələrinə əsasən, V.Ələkbərovun sərvəti 17 milyard dollara bərabərdir.

“Forbes” varislərin reytinqini üçüncü ildir ki, tərtib edir. Reytinq tərtib olunarkən atadan varisə keçəcək var-dövlət nəzərdə tutulur. Bunun üçün biznesmenlərin milyardları onların uşaqları arasında bölünüb.

1 COMMENT