“LUKoil”un rəhbəri və əsas səhmdarı Vahid Ələkbərovun oğlu Yusif “Vestern Petroleum Transporteyşn” (VPT) dəmiryolu operatorunu alır.
Bu şirkət 2003-cü ildən bazara girib və uzun zamandır ki, “LUKoil”un törəmə müəssisələri ilə əməkdaşlıq edir.
Təkcə 2015-ci il ərzində 109 milyon rubl gəliri olub. Şirkətin hazırda 400 dəmiryolu sisterni var və onların hamısı “LUKoil”un törəmə şirkəti – “LUKoil-Transom” tərəfindən icarədədir.
27 yaşlı Yusif Ələkbərov “LUKoil” şirkətinin 0,13% aksiyasına sahiblik edir. Vahid Ələkbərov 2015-ci ildə bəyan etmişdi ki, oğlu 2-3 ildən sonra sistemdə öz karyerasını quracaq.
Məsələ ilə bağlı Yusif Ələkbərovla əlaqə saxlamaq mümkün olmayıb, “LUKoil” isə xəbərə şərh verməkdən imtina edib.
Mənbə: Kommersant