Forbes jurnalı iş adamı Vahid Ələkbərovun müxtəlif zamanlarda mediada söylədiyi biznes prinsiplərini bir araya yığıb. Onları sizə təqdim edirik:
•Mən həmişə qeyd etmişəm ki, Rusiyada dövlət və özəl şirkətləri yoxdur. Bütün şirkətlər millidir və onlar milli maraq üzərində fəaliyyət göstərirlər. Buna görə də, tender və hərracla bazaya xammalın çatdırılması hamı üçün eyni olmalıdır.
•Əlbəttə ki, bizim üçün valyutanın davamlılığı və sabitliyi çox vacibdir.
•Mən əminəm ki qanun çərçivəsində vergiləri minimuma endirmək mümkün olarsa hər kəs bundan yararlanmağa çalışacaq.
•Bir rəhbər kimi bizim səhmlərin etibarlılığını vurğulamaq üçün söyləyə bilərəm ki, bütün aktivlərim yalnız Lukoylda cəmlənib.
•Mən paxıl insan deyiləm!
•Mənim tələbatlarım çox azdır. Təyyarəm, yaxtam, xarici ölkələrdə daşınmaz əmlakım yoxdur. Çünki mən ciddi Sovet tərbiyyəsi almışam.
• Biz dünyanın ən böyük və ən gəlirli neft şirkətlərindən biri olmaq istəyirik.
• Bütün günü işlədiyimiz üçün asudə vaxtımız az olur. Yəqin ki, neft sektorunda bizim kimi iki insan var. Biri Surqutneftqazın baş direktoru biri də mən.
•Səhmdarlar bizim layihələrə investisiya yatırdıqda risk edirlər və bunun müqabilində mükafatlandırılmaq istəyirlər. Əks halda, onlar əmanətlərini başqa yerdə saxlayardılar. Səhmdarlar əlavə gəlir əldə etmək istəyirlər.