Rusiyanın “Lukoil” neft şirkətinin prezidenti, azərbaycanlı neft maqnatı Vahid Ələkbərov “Kommersant”a müsahibə verib. O, bildirib ki, Azərbaycanda iki layihə üzrə danışıqlar aparır.
Bizplus.az xəbər verir ki, Vahid Ələkbərov həmin layihələrin adlarını açıqlamayıb. “Azərbaycanda hazırda bizim danışıqlar prosesimiz gedir, hansı ki, biz bunu 2020-c ilin birinci kvartalında sürətlə yekunlaşdırmağı nəzərdə tuturuq. Bizi iki layihə maraqlandırır, amma mən hələ onları açıqlaya bilmərəm, hələlik onlarla bağlı müqavilə imzalanmayıb”,-milyarder bildirib.
Qeyd edək ki, V.Ələkbərov Azərbaycanla yanaşı Qazaxıstanda da “bəzi maraqlı layihələr” üzrə danışıqlar getdiyini deyib. Onun sözlərinə görə, “Lukoil” Xəzərdə fəal geoloji-kəşfiyyat işləri də aparır və gələn il “Xəzri” blokunda quyuların qazılmasına başlayacaq.