Vahid Ələkbərov rus milyarderlərin reytinq üçlüyünə daxil olub

Date:

Paylaş:

“Forbes” jurnalı 2019-cu ildə ən çox gəlir əldə edən rusiyalı milyarderlərin siyahısını açıqlayıb.

“Bizplus.az” xəbər verir ki, siyahıya “İnterros” holdinqinin rəhbəri və “Nornikel” şirkətinin prezidenti Vladimir Potanin liderlik edir. O, cari ildə 7,8 milyard dollar qazanaraq sərvətini 23,8 milyard dollara çatdırıb.

İkinci yerdə “Sibura” və “Novatek” iri auksionerlərinin rəhbəri Leonid Mihelson qərarlaşıb. İş adamı bu il 5,9 milyard dollar əldə edərək sərvətini 27 milyard dollara kimi artırıb.

“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov isə üçüncü yerdə qərarlaşıb. O, 5,3 milyard dollar qazanıb. Hazırda sərvəti ümumilikdə 23,8 milyard dollar təşkil edir.

Dördüncü yerin sahibi “Novateka” və “Sibura”nın direktorlar şurasının üzvü Qennadi Timçenkodur. O,2019-cu ildə 4,1 milyard dollar qazanıb, sərvəti 22,7 milyard dollardır.

Beşinci yerdə isə “Severstali” şirkətinin direktorlar şurasının sədri Aleksey Mordaşovdur. Biznesmen 3,8 milyard dollar əldə edib, 20,2 milyard dollar sərvəti var.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...