“Forbes” jurnalı 2019-cu ildə ən çox gəlir əldə edən rusiyalı milyarderlərin siyahısını açıqlayıb.
“Bizplus.az” xəbər verir ki, siyahıya “İnterros” holdinqinin rəhbəri və “Nornikel” şirkətinin prezidenti Vladimir Potanin liderlik edir. O, cari ildə 7,8 milyard dollar qazanaraq sərvətini 23,8 milyard dollara çatdırıb.
İkinci yerdə “Sibura” və “Novatek” iri auksionerlərinin rəhbəri Leonid Mihelson qərarlaşıb. İş adamı bu il 5,9 milyard dollar əldə edərək sərvətini 27 milyard dollara kimi artırıb.
“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov isə üçüncü yerdə qərarlaşıb. O, 5,3 milyard dollar qazanıb. Hazırda sərvəti ümumilikdə 23,8 milyard dollar təşkil edir.
Dördüncü yerin sahibi “Novateka” və “Sibura”nın direktorlar şurasının üzvü Qennadi Timçenkodur. O,2019-cu ildə 4,1 milyard dollar qazanıb, sərvəti 22,7 milyard dollardır.
Beşinci yerdə isə “Severstali” şirkətinin direktorlar şurasının sədri Aleksey Mordaşovdur. Biznesmen 3,8 milyard dollar əldə edib, 20,2 milyard dollar sərvəti var.