“Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov birjadankənar bazarda şirkətin 300 min ədəd adi səhmini əldə edib. V. Ələkbərov bunun üçün 879,3 milyon rubl xərcləyib.
Beləliklə, V.Ələkbərovun “Lukoyl”da payı 2,429 faizdən 2,464 faizədək artıb.
Qeyd edək ki, sirkətin əsas sahibləri V.Ələkbərov və vitse-prezident Leonid Fedundur. V.Ələkbərov neft-qaz şirkətinin 22,96 faiz, L.Fedun isə 9,78 faiz səhmlərinin sahibidir.