“LUKoil”ın rəhbəri Vahid Ələkbərov şirkətdə ona məxsus olan səhmlərin həcmini açıqlayıb. Fins.az xəbər verir ki, bu haqda Ələkbərov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF 2017) zamanı müsahibəsində bildirib.

“LUKOYL”un səhmlərinə investisiya yatırmağın perspektivləri barədə danışan V.Ələkbərov bildirib ki, özü üçün bundan daha etibarlı investisiya vasitəsi görmür:
“Lakin bizdə məhdudiyyət var – Rusiya qanunvericiliyinə görə 25%. Mənim də şəxsən bu həcmdə payım var – 24.8%”.