“LUKoil”un prezidenti və 22,7% səhmlərinin sahibi Vahid Ələkbərov bu ilin əvvəlindən şirkətin səhmlərinin ucuzlaşmasına görə bir milyard dollar pul itirib.
Oxu.Az xəbər verir ki, hər gün yenilənən Bloomberg Billionaires Index-ə (BBI) görə, onun itkisi digər milyarderlərin itkisindən daha çoxdur.
BBİ-nin 2017-ci ilin may ayının 31-nə olan məlumatına görə, neft maqnatının sərvəti 11 milyard dollardan ibarətdir.
Qeyd edək ki, “LUKoil” şirkətinin səhmləri ilin əvvəlindən 18% ucuzlaşıb