Əsas səhifə Biznes Milyarder Vahid Ələkbərov “Lukoyl” rəhbərliyindən gedir

Vahid Ələkbərov “Lukoyl” rəhbərliyindən gedir

705
Paylaş
Vahid Ələkbərov

“Lukoyl” səhmdarları üçün şirkətin iadəçiliyindən çəkilmək vaxtı yaxınlaşır.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu şirkətin başçısı və ən böyük səhmdarı Vahid Ələkbərov deyib.

“Hər bir şirkətin rəhbəri düşünməlidir ki, o, operativ fəaliyyətdən gedəndən sonra da şirkət effektiv işləyəcək. Bu gün bizdə idarəetmənin və səhmdarların funksiyaları birləşdirilib-mən və Leonid Fedun (“Lukoyl”un vitse-prezidenti). Bu funksiyaların bölünəcəyi vaxt yaxınlaşır. Biz listinqi durdurmaq niyyətində deyilik. Bizdə heç vaxt şirkəti şəxsi etmək hədəfi olmayıb”, – deyə “Lukoyl” prezidenti Vahid Ələkbərov Londonda şirkətin investor günündə çıxış edərkən deyib.

V.Ələkbərov vurğulayıb ki, onun varisi yaxın qohumu olmayacaq.

“Varis kim olacaq? Vaxtı gələndə siz onun haqqında biləcəksiniz, mən o insan haqqında-hansı ki, məni əvəz edə bilər, düşünürəm. Bu mənim yaxın qohumlarımdan olmayacaq”, – “Lukoyl” rəhbəri əlavə edib.

V.Ələkbərov qeyd edib ki, şirkətin gələcəyi üçün narahatlıq keçirir: “Və güman etmirəm ki, varislərim mənim aksiya paketimi səpələyə bilərlər və bu gözlənilməz nəticələrə gətirib çıxarar. Bu artıq edilib və mən buna əncam çəkmişəm”, – V.Ələkbərov deyib.

Xatırladaq ki, “Lukoyl”un ən böyük səhmdarları Vahid Ələkbərov (24,8%), Leonid Fedun (9,8%), İFD “Kapital’ın strukturları (təxminən 8%) və “Lukoyl”un törəmə strukturu İnvestment Cyprusdur ( 16%-dən çox).

Virtualaz.org