Vətəndaşlar elektron cihazlar vasitəsilə izləniləcək

Date:

Paylaş:

“Vətəndaş hər dəfə polis naryadını görəndə deyə bilər ki, o məişət tullantısını tullamağa çıxıb. Buna görə də vətəndaşların evdən çıxmağı ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər öz həllini tapıb. Yaxın zamanlarda bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-yə müsahibəsində deyib. 

O bildirib ki, hər bir vətəndaşın hərəkətləri polis naryadlarında olan elektron cihazlar vasitəsilə izləniləcək: “Yəni vətəndaş evdən çıxarkən müəyyən nömrəyə zəng etməklə və ya sms göndərməklə evdən çıxmasının səbəbini izah edəcək. Həmin məlumatı qəbul edən qurum bunu bütün polis orqanlarında olan planşetlərə ötürəcək. Vətəndaş artıq küçədə saxlanılarkən polis əməkdaşları həmin planşetə baxaraq vətəndaşın evdən çıxmasına icazənin verilib verilməməsinə baxacaqlar.

Aptekə də, marketə də gedən hər bir vətəndaş evdən çıxması barədə məlumat verməlidir. Artıq bu işlər tamamlanıb. Yaxın zamanda ictimaiyyətə bu barədə tam açıqlama veriləcək”.

Rəis müavini əlavə edib ki, insanların yaşadıqları evi nə qədər məsafədə tərk etmələri məsələsi ilkin olaraq işlənilib:

“200 metr məsafə nəzərdə tutulub. Ancaq bu son fikir deyil, tam qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlama veriləcək”.

Qafqazinfo

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...