Əsas səhifə Xəbərlər Digər xəbərlər Üzük ilə ödəmə sistemi Azərbaycana gətirilir

Üzük ilə ödəmə sistemi Azərbaycana gətirilir

55
Paylaş

VİSA və “Azexport” portal birlikdə üzüklə ödəmə sistemini (PayRing) Azərbaycana gətirməyə hazırlaşır.

Bunu Bakıda keçirilən “Visa Cashless Forum”da İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

“Bu layihə banklar üçün də keçərlidir və biz banklarla birlikdə işləyə bilərik”,- Vüsal Qasımlı əlavə edib.

Qeyd edək ki, Visa-nın məhsullarından biri də “ağıllı üzük“dür. Yaxın əlaqə texnologiyası (NFC) ilə çalışan “ağıllı üzük” vasitəsilə POS-terminallarda ödəniş etmək mümkündür. “Ağıllı üzük”lə ödəniş 1 saniyə ərzində tamamlanır.