“Bitrix24” analitik mərkəzinin ekspertləri uzaqdan işləmənin nə kimi üstünlüklərinin olmasını müəyyən ediblər. Bu barədə 23 sentyabrda RT xəbər verir.
Qeyd edək ki, işəgötürənlərin 43%-i dünyanın istənilən bir yerində yaşayan insanları işə götürməyə hazır olduqlarını bildiriblər. Daha 35%-i isə deyib ki, belə iş prosesi onlara iş yerləri icarəyə götürməkdə qənaət etməyə kömək edir. 22% qeyd edib ki, məsafəli iş əməkdaşların özləri üçün yola gedən vaxta və yeməyə verilən pula qənaət edir.
Peşələrə gəldikdə isə, daha çox proqramçıların uzaqdan işləmək şansı var – onları işəgötürənlərin 32%-i ofisdənkənar işə götürməyə hazırdır. 18%, dizaynerləri və digər yaradıcılıq peşələrinin nümayəndələrini, 14%, marketinq, reklam, PR,SMM sahəsi üzrə mütəxəssisləri, 13% satış bölməsi əməkdaşlarını, 10% maliyyə və mühasibatlıq sahəsi üzrə mütəxəssisləri, həmçinin, hüquqşünasları, 8%-i isə texniki dəstək və “call-centre” əməkdaşlarını axtarır.
Bu baxımdan ən az şansı olanlarsa analitiklər (4%) və top-menecerlərdir (1%).