Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Uzaqdan işləmənin üstünlükləri məlum olub

Uzaqdan işləmənin üstünlükləri məlum olub

107
Paylaş

“Bitrix24” analitik mərkəzinin ekspertləri uzaqdan işləmənin nə kimi üstünlüklərinin olmasını müəyyən ediblər. Bu barədə 23 sentyabrda RT xəbər verir.

Qeyd edək ki, işəgötürənlərin 43%-i dünyanın istənilən bir yerində yaşayan insanları işə götürməyə hazır olduqlarını bildiriblər. Daha 35%-i isə deyib ki, belə iş prosesi onlara iş yerləri icarəyə götürməkdə qənaət etməyə kömək edir. 22% qeyd edib ki, məsafəli iş əməkdaşların özləri üçün yola gedən vaxta və yeməyə verilən pula qənaət edir.

Peşələrə gəldikdə isə, daha çox proqramçıların uzaqdan işləmək şansı var – onları işəgötürənlərin 32%-i ofisdənkənar işə götürməyə hazırdır. 18%, dizaynerləri və digər yaradıcılıq peşələrinin nümayəndələrini, 14%, marketinq, reklam, PR,SMM sahəsi üzrə mütəxəssisləri, 13% satış bölməsi əməkdaşlarını, 10% maliyyə və mühasibatlıq sahəsi üzrə mütəxəssisləri, həmçinin, hüquqşünasları, 8%-i isə texniki dəstək və “call-centre” əməkdaşlarını axtarır.

Bu baxımdan ən az şansı olanlarsa analitiklər (4%) və top-menecerlərdir (1%).