Əsas səhifə Biznes Biznes ideyalar USB-qol düymələri

USB-qol düymələri

830
Paylaş

Qol düymələri həmişə uğurlu insanlar üçün dəbdəbəli bəzək əşyası kimi qəbul olunub. Lakin, bugün bu aksesuar digərfunksiyaları da yerinə yetirə bilir. Məsələn, komputer fayllarının  və ya Wi-Fi nöqtəsinin saxlanması üçün yer.

     Belə unikal qol düymələrini amerikalı Ravi Ratan işləyib və istehsala verib.Məhsul gümüşdən hazırlanıb, lakin bu onun əsas dəyəri deyil. Qol düymələri birlikdə USB – qoşucu rolunu oynayır. Onlar komputerə və digər analoji cihazlara adi 2 GB tutumlu fləş kartlar kimi qoşulur. Bu hələ hamsı deyil.  “PC” –yə xüsusi proqram təminatı yüklənsə, aksesuar simsiz internet də ötürə bilər.

Gümüş USB-qol düymələrinin qiyməti az deyil – onlar 250 dollardırlar. Lakin komfortu və gözəlliyi  qiymətləndirən uğurlu iş adamları bu qiymətli məhsuldan yan keçməzlər.