İnternetdən istifadə müasir dövrün başlıca tələblərindən biridir. Böyüklərlə yanaşı uşaqların da internetdən istifadəsi artıq normal bir hal kimi qarşılanır. Hətta bir çox evdə uşaq danışmağa başlamazdan əvvəl ağıllı telefonlardan, planşetlərdən istifadə etməyi öyrənir.
Əksər valideynlər isəi narahat edən bir sual var: İnternetin mənfi təsirindən uşaqların saf beyinlərini necə qoruyaq? Ancaq çox az valideyn bilir ki, Azərbaycanda uşaqlar üçün etibarlı bir internet portalı – “Cırtdan.TV” fəaliyyət göstərir.
Layihənin rəhbəri İlkin Haqverdiyev “Cırtdan.Tv”nin artıq 4 ildir fəaliyyət göstərdiyini qeyd etdi: “Cırtdan.TV” 2013-cü ildə fəaliyyətə başlayıb. Uzun müddət, bu sahədə boşluq hiss olunurdu. Biz də düşündük ki, həm valideynlərin, həm də uşaqların faydalana biləcəyi bir layihə başladaq”.
İ.Haqverdiyev bildirdi ki, saytda uşaqların bilik və bacarıqlarını artırmaları, intellektual səviyyələrini inkişaf etdirmələri və əlbəttə ki, əylənmələri üçün geniş imkanlar var: “Saytımızda geniş tərbiyəli xarakterli materiallardan istifadə edərək övladlarınızın bilik və bacarıqlarını artıraraq, mənəviyyatına, tərbiyəsinə və sosial fəaliyyətinin inkişafına böyük təsir göstərə bilərsiniz.
“Cırtdan.TV” portalında uşaqlar dünyəvi əxlaqa zidd olmayan çizgi filmləri və filmlər izləyə, “Oyunlar”, “Testlər”, “Birlikdə öyrənək”, “Audio kitablar”, “Nağıllar” və “Laylalar” kimi bölmələrin vasitəsilə vaxtlarını daha faydalı keçirə bilərlər. Həmçinin “Cırtdan.TV” portalında “Analar üçün” bloq səhifəsində analar hamiləlik, körpəyə qulluq, uşaqlar və tərbiyə, valideynlərə məsləhət bölmələrindən də istifadə etmə imkanına sahibdirlər”.
Qeyd edək ki, “Cırtdan.TV” saytına aşağıdakı linklərdən daxil ola bilərsiniz:
http://cirtdan.tv
http://cirtdan.net