“Uralximmaş” Azərbaycana məhsul ixrac etməyi planlaşdırır

Date:

Paylaş:

Rusiyanın “Uralximmaş” PSC Azərbaycana məhsul ixracını bərpa etməyi planlaşdırır.

Bu barədə Rusiya mətbuatı xəbər verir.

“Uralximmaş” Rusiyada avadanlıq tədarükünü genişləndirir və Azərbaycan və Yaponiya bazarlarına çıxmağı planlaşdırır. Müəssisə rəhbərliyi bu il Azərbaycan hökumətinin nümayəndələri ilə danışıqlar aparıb”, – deyə məlumatda bildirilir.

“Uralximmaş”ın baş direktoru Oleq Çernov 2017-ci ilin yekunları üzrə bəyan etmişdi ki, şirkət məhsul ixracını inkişaf etdirməyi planlaşdırır və bu baxımdan Azərbaycan və Özbəkistan əsas satış bazarları hesab olunur.

Açıq mənbələrə görə, “Uralximmaş” PSC 2000-ci illərin əvvəllərində Azərbaycana məhsul ixrac edib.

Uralximmaş” Rusiyada qaz emalı, neft, kimya, neft-kimya və digər sənaye sahələri üçün avadanlıqlar istehsal edən aparıcı müəssisələrdən biridir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...