Rusiyanın “Uralximmaş” PSC Azərbaycana məhsul ixracını bərpa etməyi planlaşdırır.
Bu barədə Rusiya mətbuatı xəbər verir.
“Uralximmaş” Rusiyada avadanlıq tədarükünü genişləndirir və Azərbaycan və Yaponiya bazarlarına çıxmağı planlaşdırır. Müəssisə rəhbərliyi bu il Azərbaycan hökumətinin nümayəndələri ilə danışıqlar aparıb”, – deyə məlumatda bildirilir.
“Uralximmaş”ın baş direktoru Oleq Çernov 2017-ci ilin yekunları üzrə bəyan etmişdi ki, şirkət məhsul ixracını inkişaf etdirməyi planlaşdırır və bu baxımdan Azərbaycan və Özbəkistan əsas satış bazarları hesab olunur.
Açıq mənbələrə görə, “Uralximmaş” PSC 2000-ci illərin əvvəllərində Azərbaycana məhsul ixrac edib.
“Uralximmaş” Rusiyada qaz emalı, neft, kimya, neft-kimya və digər sənaye sahələri üçün avadanlıqlar istehsal edən aparıcı müəssisələrdən biridir.