Əsas səhifə Məqalələr Fərdi inkişaf Ünsiyyət necə qurulmalıdır?

Ünsiyyət necə qurulmalıdır?

183
Paylaş
  1. İnciklikləri yığmayın – bahadır. Bağışlamağı öyrənmək lazımdır. Bu başqasına deyil, ilk növbədə sizə lazımdır. Sizi incidən insanla ünsiyyəti davam etdirmək şərt deyil.
  2. Uşaqların sizi başa düşmədikləri üçün onlardan inciməyin. Anlamaq üçün həmin yolu keçmək lazımdır. Sizin aranızda böyük uçurum var. Bu belə idi və belə də olacaq. Ataların və uşaqların problemi əbədi problemdir.
  3. Yaxşılıq edib əvəzində yaxşılıq gözləməyin. Başqalarının sizi sevəcəyini gözləməyin. Yaxşılıq etdiyiniz üçün həyatdan zövq alın, özünüzü buna məcbur etməyin. “Heç nəyi gözləməyən bəxtiyardır, çünki o heç vaxt məyus olmaz” (A. Pop).
  4. Tənqid etməyin! “Tənqid faydasızdır, çünki insanı özünü müdafiə etməyə məcbur edir və bir qayda olaraq, insan özünü doğrultmağa çalışır. Tənqid təhlükəlidir, çünki insanın qüruruna zərbə vurur, incikliyə səbəb olur” (D. Karnegi)
  5. Mübahisə etməyin. Onsuz da heç kimə heç nə sübut edə bilməyəcəksiniz. Onsuz da heç kim sizi başa düşməyəcək, çünki sizin həyat təcrübəniz başqalarının həyat təcrübəsindən fərqlənir. “Dünyada mübahisədə üstünlük qazanmağın yalnız bir yolu var – ondan qaçmaq” (D. Karnegi).
  6. Keçmişinizi ətrafınızda olan insanlara sırımağa çalışmayın. Zorla və ya aldatma yolu ilə qəbul etdirilən hər şey aqressiyadır.
  7. Başqa bir insanın davranışını qiymətləndirərkən, mövcud vəziyyəti və şəraiti nəzərə almağa çalışın. Adətən ağlımızda müsbət “Mən” obrazı yaşayır, çünki çox vaxt özümüzü yersiz hərəkətlərə görə asanlıqla bağışlaya bilirik. Vəziyyət və şərtlərə əsaslanaraq, vahid portretini düzəltməklə başqa birini isə bağışlaya bilmirik.
  8. Başqalarının sizə bənzəməsini gözləməyin. İnsanların fərqli “növləri” var, onlar bir-birindən şüur və özünüdərk səviyyəsinə görə fərqlənirlər. Bu, ayrı-ayrı heyvan növləri arasındakı fərqlərə bənzəyir (qarışqa, fil, meymun və s.). Eyni növ insanlar arasında belə fərdi fərqlər var. Buna görə düşüncələrin, hərəkətlərin, motivlərin və dəyərlərin fərqinə təəccüblənmək lazım deyil.