Əsas səhifə Vakansiya Universitet yüksək maaşla işçi axtarır

    Universitet yüksək maaşla işçi axtarır

    213
    Paylaş

    “Bizplus.az” “FED.Az”-ın  Qərb bürosunun verdiyi məlumata görə, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə müsabiqə elan edir.

    Aylıq maaş  :- 800 azn.

    Vəzifə öhdəlikləri : 
    -Universitetin Beynəlxalq əlaqələr üzrə strategiyasının işlənilməsi ;
    -Beynəlxalq proqram və lahiyələrdə universitetin iştirakının genişləndirilməsi ;
    -Əməkdaşlığın üstün istiqamətlərinin hazırlanması və həyata keçirilməsi ;
    -Əcnəbi tələbələrin cəlb edilməsi , müəllim  və tələbələrin mübadiləsinin genişləndirrlməsi ;
    -Beynəlxalq səviyyəli tədbirlərdə universitetin təmsil olunması;
    -İkili diplom proqramları və startap lahiyələrinin reallaşdırılması;
    -Fondrayzinq və lahiyə menecmentinin təşkili .

    Əsas tələblər:
    -Ünsiyyətçilik, operativlik , kollektivdə işləmək bacarığı , təşkilatçılıq , təşəbbüskarlıq keyfiyyətləri ;
    -Müvafiq sahə üzrə ən azı Magistr dərəcəsi və iş təcrübəsi (beynəlxalq təşkilatlarda, diplomatik korpuslarda çalışmış namizədlərə üstünlük veriləcəkdir);
    -Xarici dillərdə ən azı ikisini (İngilis və rus dillərini) mükəmməl bilməsi və kompyuter bilikləri

    Göstərilən tələblərə cavab verən verən namizədlər öz tərcümeyi hallarını (CV-lərini) mövzu yerinə “BƏŞ Müdir” yazmaqla [email protected]  ve [email protected]  elektron ünvanlarına göndərə bilərlər.
    Müraciət üçün son tarix : 22 yanvar 2019 cu il.
    Ünvan : Atatürk prospekti 450 Gəncə şəhəri .
    Tel Faks +994222565733