“Uniqlo”nun qurucusu “SoftBank”ın direktorlar şurasını tərk edir

Date:

Paylaş:

Yaponiyanın “Uniqlo” geyim mağazaları şəbəkəsinə sahib olan “Fast Retailing” holdinqinin qurucusu Tadashi Yanai dekabrın 31-i “SoftBank”ın direktorlar şurasından gedəcək. O şəxsi biznesi ilə məşğul olmaq fikrindədir. Tadashi 2001-ci ildən şurada idi.

“The Japan Times” nəşriyyatı bildirir ki, Tadashi Yanai “SoftBank”ın rəhbəri Masayoshi Son-un təkliflərini açıq şəkildə tənqid edə bilən çox az adamlardan biri olub və o getdikdən sonra şurada iki azad direktor qalacaq.

Qeyd edək ki, Tadashi-nin istefası, “SoftBank”ın “WeWork” kovorkinqlər şəbəkəsinin uğursuz birjaya çıxma cəhdinin nəticələri ilə mübarizə apardığı bir vaxtda baş tutacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...