“Un topdan limit ilə satılır”

Date:

Paylaş:

Çörək zavodlarından əldə edilən məlumata görə, Azərbaycanda topdansatış məntəqələri unu limit ilə satırlar.

“Bizplus.az” xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən mənbə bildirib.

“Məsələn, hazırda bir topdansatış şirkəti bir zavoda 20 tondan artıq un satmır. Gündəlik 30-35 ton un istifadə edən zavod daimi işlədiyi şirkətdən cəmi 20 ton un alır. Məcbur olub başqa satış yerlərindən un tapmalı olurlar”,- mənbə bildirib.

Mənbənin sözlərinə görə, əslində topdansatış şirkətlərində un var. “Un yoxdur” deyə bilmirlər. Unun qiymətinin yenidən arta biləcəyi gözlənildiyindən satışı azaltmağa çalışırlar. Topdansatış şirkətləri daha çox un saxlayıb qiyməti artan zaman satmağı düşünürlər. Unun qiymətinin artacağı gözlənilir. Az ehitmal var ki, qiymət artımı olmasın”.

Qeyd edək ki, ötən ilin sonunda unun kisəsinin qiyməti bahalaşıb. Bundan əvvəl Azərbaycanda unun qiyməti devalvasiyalardan sonra artırılmışdı. Həmin vaxt unun daha baha qiymətə satılmasının lazım olduğu bildirilmiş, lakin əhalinin vəziyyəti nəzərə alınaraq daha çox qiymət artımı edilmədiyi bildirilmişdi.

Ötən il dünyada taxıl istehsalı da azaldığından buğdanın qiyməti artıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...