2012-ci ilə ukraynalı proqramçı Dmitri Zaporozhets, GitLab sistemini yaratmaqda müvəffəq oldu. Başlanğıcda təsisçisinə ayda cəmi 100 dollar qazanc gətirməsinə baxmayaraq, 2018-ci ildə şirkətin dəyəri artıq 1,1 milyard dollara çatmışdır.
Onun qısa hekayəsi:
2011-ci ildə proqramçı real problemini həll etmək istəyirdi (o vaxt GitHub var idi, lakin məlumatların məxfiliyi üzərində tam nəzarətə malik olmadığından Dmitri bu sistemi öz serverinə tətbiq edə bilməmişdi). Belə olan təqdirdə Dmitri Zaporozhets asudə vaxtında öz servisini proqramlaşdırmağa başlayır və hər kəsə onu açıq kodla təqdim edir (open-source).
2012-ci ildə Dmitri proqramının ilk versiyasını təqdim edərək, bu xəbəri dostları və tanışları ilə bölüşür.
Yeni servis tamamilə ödənişsiz və açıq olduğundan, tez bir zamanda populyarlıq qazandı.
Eyni zamanda, servisə yeni kodlar əlavə etmək istəyən könüllülərin sayı tədricən artmağa başladı.
2013-cü ildə, o, öz Twitter səhifəsində yazır: “Səhər saat 9-dan axşam saat 6-ya kimi davam edən işimdən bezdim, bunun əvəzində bütün günü GitLab üzərində işləmək istəyirəm”. Könüllülərdən biri olan Sid Sijbrandij, gücləri birləşdirərək Dmitri-yə həmtəsisçi olmağı təklif etdi. Dmitri razılaşdı.
2013-cü ildə onlar konsaltinq və dəstəkdən qazanc götürməyə cəhd göstərsələr də, uğur əldə edə bilmədilər.
İstifadəçilər (korporasiyaların nümayəndələri) təsisçilərdən sistemə yeni funksiyaları əlavə edilməsini tələb edirdilər.
Bu, “GitLab Enterprise Edition” yaradılması ideyasını formalaşdırdı.
GitLab Enterprise Edition necə işləyir?
- Hər hansısa şirkətin nümayəndəsi (proqramçısı) GitLab sisteminin pulsuz versiyasını yükləyir.
- O, hər şeyi bəyənir və bu xəbəri dostları, tanışları və iş yoldaşları ilə bölüşərək, onlara layihəyə qoşulmağı təklif edir.
- Müəyyən bir anda proqramçılar qrupuna yalnız “GitLab Enterprise Edition” da istifadə edilə bilən xüsusiyyətə (funksiyaya) ehtiyac duyurlar.
- Nümayəndə heyəti öz menecerinə yaxınlaşır və deyir : “Lazımdır, lazımdır!”. Menecer “GitLab Enterprise Edition” -ni büdcəyə əlavə edir.
2015-ci ildə onlar artıq bunlara nail ola bilmişlər:
+ koda əlavələr edən 600 könüllü
+ 100,000 istifadəçi
+ 1 milyon dollar illik gəlir
+ Hər gün onların gəliri 60% artırdı
2015-ci ilin qış aylarında, Silikon vadisindəki sərmayəçilərin diqqətini çəkmək məqsədilə onlar Y Combinator akseleratoruna sorğu göndərirlər və qəbul olurlar.
Şirkət Y Combinator akseleratorun sərmayəçilərlə olan əlaqələrindən istifadə etdi, bu dövrdən başlayaraq yatırımlar ardıcıllığını müşahidə etmək olar: 2015-ci ildə 5, 2016-cı ildə 20, 2017-ci ildə 20, 2018-ci ildə isə 100 milyon dollar. Hal-hazırda, şirkət 1,1 milya