Uğurlu startap qurucularının beş əsas səhvi

Date:

Paylaş:

Təkcə problemli biznes sahibləri səhvə yol vermirlər. WeWork birgə işlər şəbəkəsinin qurucusu Adam Neumann-ın qəribə davranışlarına görə bu yaxınlarda səhmdarların təşəbbüsü ilə rəhbər postunu tərk etməsi buna bir sübutdur.

Sahibkar Tim Jackson çiçəklənən biznes rəhbərlərinin etdikləri 5 əsas səhvi açıqlayıb.

1 . Həddindən çox pul xərcləyirlər

Bəli, bu aşkardır. Amma siz əgər sürətlə inkişaf edən bir şirkəti idarə edirsinizsə və səhmdarlar sizə pul yatırmaq istəyirlərsə, reallıqla əlaqəni kəsmək asan olur. Vəkiliniz 500 min dollar hesab göndərib? Problem yoxdur. Yeni ofisə görə 1 milyon dollar girov qoymaq lazımdır? Oldu. Məbləğlər artır, qərar isə o qədər tez verilməlidir ki, əmək haqqı və ezamiyyət pulu kimi daha kiçik xərclər öz əhəmiyyətini itirməyə başlayır. Səhmdarlar da hərdən başlarını itirirlər. Şirkətimizin IPO-suna bir qədər qalmış, direktorlar şurasının üzvlərindən biri dedi: “ Bazar bizim biznesi hər istifadəçiyə görə min dollara qiymətləndirir. Əgər biz min dollardan az qiymətə insanları cəlb edə bilsək udacağıq. Gəlin marketinqə çoxlu pul qoyaq!” Biz hər şeyi ona tökdük və yadımdadır ki, o zaman bunun əla qərar olduğunu hesab edirdim. Amma bir ildən sonra mən bildim ki, onun sözləri tam cəfəngiyyat idi.

Məqsədəuyğun şəkildə xəcləyin. Belə təsəvvür edin ki, həmin xərclər barədə ananıza danışırsınız – əgər onlar ona mənasız gəlirlərsə, onlara yenidən baxın.

2 . Öz maraqlarına xidmət edir

WeWork-lə Adam Neumann ( və ya onun ailə üzvləri ya da nəzarəti altında olan simalarla) arasındakı əməliyyatlar qiymətli kağızlar və birjalar üzrə Komissiya üçün sənədlərdə açıqlansaydı, onları mühasiblər və hüquqşünaslar imzalayacaqdılar və beləcə qanuni olacaqdılar. Amma hüquqi və kommersiya cəhətdən məqbul hərəkətlər eyni şey deyil. Əgər siz uğurlu bir şirkətin qurucususunuzsa sizin əlinizə nə vaxtsa sizə faydalı olan fürsətlər düşə bilər, amma onlar digər səhmdarlara uyğun olmaya bilər. Lakin biznesin sürətli inkişafı dayanan kimi səhmdarlar yəqin ki onları diqqətlə öyrənəcəklər.

Şirkətinizin maliyyə əməliyyatlarına  ailə üzvlərinizi və digər maraqlı tərəfləri cəlb etməyin.

3 . Məhsulun deyil, biznesin ictimai müzakirəsinə can atırlar

Mənim üçün bizim IPO-ya bir neçə ay qalmış xoş olmayan hallardan biri o oldu ki, illərlə bizim şirkəti və potensial müştərilərə məlumatları çatdırmaq cəhdlərimizi rədd edən bütün KİV birdən  etdiyimizdən heyrətə gəlməyə başladı. Eynisi konfranslarla da baş verdi: tezliklə məlum oldu ki, istəyə uyğun olaraq, mən daim şirkətin necə yaxşı işləməsi və necə əla biznes-modelinin olması barədə danışa-danışa bütün dünyanı gəzə bilərəm. Amma sonra başa düşdüm ki, bu bizə lazım olan reklam deyil. Daxili maliyyələşmə cəlb etməyə hazırlaşırsınızsa və səhmdarlar qarşısında çıxış edirsinizsə bütün bunlar əhəmiyyət daşıyır. Amma bütün gün çəkən konfrans hər şeydən öncə müştərilərlə və sizin məhsulla maraqlanan insanlarla ünsiyyət qurmaq üçün imkandır. Göstəricilərlə öyünüb komandanı tərifləməyə isə dəyməz: bu ancaq və ancaq sizin biznesi və əməkdaşları rəqiblər və rekruterlər üçün hədəfə çevirəcək.

Ofis-dən kənar hadisələri planlaşdırmaqdan qabaq özünüzə sual verin: bu, səhmdarlara nə kimi fayda verəcək?

4 . Öz brendlərini yaradırlar

Uğur gətirən tələlərdən biri də ekspertizanıza sorğu axınının artmasıdır. Hər hansısa direktorlar şurasın qoşulmaq, hökumətin məsləhət qrupuna daxil olmaq, Z üçün olan şirkətə başçılıq etmək istəyərdinizmi?

Bütün bunlar əyləncəli olacaq və sizin tərcümeyi-halınıza yaxşı əlavə kimidir. Amma burda bir sual yaranır – siz biznesinizin zəmanətli uğuruna əminsinizmi? Əgər buna əminsinizsə o zaman bütün bu komitetlərə qoşulmaq üçün  illik məzuniyyətə çıxın. Yox əksinə, əgər şirkətinizdə hələ həll olunmamış problemlərin olduğunu düşünürsünüzsə o zaman öz brendinizi yaratmaq yox onların həlli ilə məşğul olmalısınız.

Təsəvvür edin ki, bir il sonra  sizin startap iflasa uğrayır. Sonra isə təqvimdə, belə bir vəziyyətdə  getməkdən peşman olacağınız növbəti 90 günə olan görüşlər və tədbirlərə nəzər yetirin. Onları təxirə salın.

5 . Nəyin əsas, nəyinsə ikinci dərəcəli olduğunu bilmirlər

Qədi Romada qalib hərbçi rəhbərlər purpur toqo geyinir və dəfnə çələngi taxıb at arabasına otururdular və əsirlər, birliklər, senatorlar, əsgərlər, silahlar və xəzinə aparanlar kolonnasının başında gedirdilər. Amma bu yürüş zamanı onları  “auriqa” adlanan xüsusi qul müşayiət edirdi – o irəlidə gedir və daim “memento mori” (“ölümü xatırla”) sözünü təkrarlyırdı.

Amma heç də bütün startap qurucularının “auriqa” məsuliyyətli əməkdaşları olmur. Həm də əgər siz uğurlu şirkəti idarə edirsinizsə ətrafdakılara çətin ki, elə də ağıllı biri kimi gələsiniz.Çox güman ki, siz ya şanslısınız, ya doğru zaman seçmisiniz ya da əmək sevərsiniz.

Sizin biznesdə qazanmaq istəyən insanların fikrinə az diqqət edin: bura bankirlər, hüquqşünaslar və səhmdarlar da daxildirlər. Tanış olmayan və başı çıxmayan insanların qiymətləndirməsi barədə düşünməyin. Daha çox siə həyat yoldaşınızın və yaxın qohumlarınızın necə baxacağını düşünün. 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...