Əsas səhifə Məqalələr Fərdi inkişaf Uğurlu iş adamları biznesə necə yanaşırlar?

Uğurlu iş adamları biznesə necə yanaşırlar?

1882
Paylaş

Uğurlu sahibkarlığa gedən yol biznesə doğru yanaşmadan keçir. Əgər komandanız, hədəfiniz qaydasındadırsa tək etməli olduğunuz şey qarşıda sizi gözləyən maneələri aşmaq və biznesə düzgün yanaşmaqdır. Bəs uğurlu iş adamları biznesə necə yanaşırlar?

1. 1+1=3 olduğuna inanırlar

Müvəffəqiyyətli sahibkarlar komandanın gücünə inanırlar. Müntəzəm şəkildə işçiləri ilə tanışıb, söhbət edib fikirlərini paylaşmağı sevirlər. Müvəffəqiyyətin tək başına əldə edilə bilməyəcəyini bilirlər.

Liderlik taktikaları sadədir: Mümkün olan ən mükəmməl komandanı yarat və mümkün olan ən yaxşı fikir üzərinə çalış.

2. Dəyərli olmağı yüksək gəlirdən üstün tuturlar.

Artıq startup dövründə yaşayırıq. Universitetdən məzun olan hər gənc qarşısına öz işini qurmağı və böyük pullar qazanmağı məqsəd qoyur. Bir çoxu insanların nə istədiyi ilə maraqlanmır.

Hər nə qədər iş dünyasında uğur pul ilə ölçülsə də müvəffəqiyyətli olmaq üçün pul ən sonuncu amil olmalıdır.

3. Keyfiyyəti kəmiyyətdən üstün tuturlar.

Bi çox insan hər hansı məhsulu aldıqda və ya xidmətdən istifadə etdikdə keyfiyyətə üstünlük verirlır. Keyfiyyətli məhsul yaratmaq isə zaman alıcıdır və son dərəcə səbirli olmağı tələb edir. Yaxşı bir dizaynın arxasındakı zəhməti görmürük. Sadə bir məhsulun istehsalındakı saysız hesabsız uğursuzluqları görmürük. Bu səbəblə bir çox iş adamı zəhmətdən qaçaraq kəmiyyətə üstünlük verirlər. Bu onların uğur qazanmağına maneə olur.

4. Yaradıcı olmaq əsas məqsədlərdəndir

Hazırki dövrdə bir çox şirkətlər artıq ofis dizaynlarında dəyişiklik etməyə başlayıb. Ofislərdə artıq işçilərin söhbət edə biləcəyi, oyun oynaya biləcəyi, istirahət edə biləcəyi sahələr yaradılır. Çünki bunlar işçilərdə motivasiyanı və işə qarşı həvəsi artıraraq şirkətin daha da uğur qazanmasına səbəb olur.

5. Prinsiplərini əsla itirmirlər

Əgər şirkətlər lazımsız şeylərdən çox əsas prinsiplərinə yönəlsələr daha məhsuldar olarlar. Belə olduğu halda zamanınızı və enerjinizi lazımsız şeylərə də xərcləməmiş olarsınız. Bu da sizə dincliyi, sürətli və böyük bir inkişaf təmin edəcək avantajı qazandırar.