Uğurlu insanlar bazar günləri nə edirlər?

Date:

Paylaş:

Tezdən oyanırlar

Uğurlu insanlar istirahət günlərini yataraq korlamırlar! Bunun üçün də şənbə axşamı hər zamankı kimi erkəndən yatırlar. Sanki ertəsi gün işə gedəcəkmiş kimi düşünməlisiniz. Həftənin digər günlərində neçədə yatırsınızsa eyni saatda yatağa getməlisiniz. Beləliklə bazar səhəri tezdən oyanmağın həzzini yaşaya bilərsiniz. Çünki günortaya qədər yatdığınızda həm günün böyük hissəsini qaçırmış həm də yuxu nizamınızı pozmuş olarsınız. Günün geri qalan saatlarında bir çox fərqli şey edə bilərsiniz.

Tənbəllik etmirlər

Uğurlu insanlar bazar günləri tənbəllik etmirlər. Bütün həftə çalışır və həftənin 6 günü evlə iş arasında qalırsınızsa, çox vaxt yorğunluqdan televizorun qarşısında yatıb qalır, yatağa getmək üçün belə taqət tapa bilmirsiniz. Ancaq uğurlu olmaq istəyirsinizsə, həyatınızı qaydasına salmalı və bazar gününüzü televizorun qarşısında keçirməməlisiniz.

Hobbilərinə zaman ayırırlar

Uğurlu insanlar iş günlərində olmasa belə ən azından bazar günlərini hobbilərinə zaman ayıraraq keçirirlər. Yəni yazırlar, çəkirlər, gəzintiyə çıxırlar, musiqiylə məşğul olurlar, kitab oxuyurlar. Qısacası hobbilərinə vaxt ayırırlar.

Məsələn dünyanın ən zəngin insanlarında biri olan Warren Buffett tətil günlərində və boş zamanlarında ukulele adlı musiqi alətində ifa edir.

Sevdiklərinə zaman ayırırlar

Uğurlu insanların tətil günlərində etdiyi bir digər şey də sevdikləriylə vaxt keçirmələridir! Çünki nə qədər istəsəniz də zamanınızı nə qədər yaxşı idarə etsəniz də iş günlərində sevdiklərinizə doğru dürüst vaxt ayıra bilmirsiniz. Çünki hər axşam işdən çıxıb evə gedir, yemək yeyir və sonra bir də baxırsınız ki yenə yatmaq vaxtıdır.Buna görə də bazar günlərinizi sevdiklərinizə ayırın.

Hərəkət edirlər

Bazar günü mütləq şəkildə hərəkət etmək vacibdir. İdman etməyi sevməsəniz belə ən azından açıq havada piyada şəkildə gəzintiyə çıxmalısınız. Çünki iş günlərində demək olar ki günün əksər hissəsini hərəkətsiz qalırsınız. Sağlam yaşamaq üçün hərəkət etmək vacibdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...