Mowbray ailəsini oyuncaqlar istehsalının uğuruna aparan yol keşməkeşli olub – Honq-Konqda ucuz kirayə mənzil, rəqiblərlə məhkəmə işləri, heç kimin almaq istəmədiyi məhsullar. İndi isə, onların biznesi artıq 1 milyard dolları keçdiyi bir vaxtda sahibkarlar yeni ərazilər zəbt etmək istəyirlər.
Nick Mowbray Yeni Zellandiyanın Koutsvill şəhərciyindəki 12 otaqlı malikanədə işləyir. Əvvəllər burda kibercinayətkar Kim Dotcom yaşayıb – elə burada da onu 2012-ci ildə həbs ediblər. 34 yaşlı Mowbray-in həyatı firavandır. Malikanəsində üzüm sahəsi vardır və ildə 2000 litr şərab-lıq məhsul əldə edir. Belə bir həyatı o özü üçün sürətlə inkişaf edən biznesi sayəsində təmin edib. Belə ki, Zuru oyuncaqlar istehsalı şirkətini o, qardaşı Mat və bacısı Anna ilə birgə idarə edir. Sahibkar deyir ki, onun fəlsəfəsi ondan ibarətdir ki, edilən cəhdlər həmişə məqsədlərə uyğun olmalıdır.
Zuru, 2003-cü ildə əsası qoyulan və Bunch O Balloons ( bir dəqiqədə 100 topu su ilə dolduran cihaz ) kimi ucuz oyuncaqlar istehalı üzrə özəl bir şirkətdir.
Firmanın məhsullarına 120 ölkədə və ABŞ-ın iri pərakəndə şəbəkələrində rast gəlmək mümkündür. Şirkətin illik satış həcmi 400 milyondan çoxdur. Zuru Mat və Anna-nın yaşadığı Honk-Konq şəhərində yerləşir. Honk-Konq qeydiyyatına görə Zuru aşağı dərəcədə vergi ödəyir.
Şirkət heç vaxt borc götürməyib, lakin bu baxımdan Mowbray-lərin mühəndis və müəllimə valideynlərindən götürülən ilkin 20 min dollar kredit istisnadır. İndi artıq, biznesin qiyməti 1 milyard dollaradn artıqdır və o, təmamilə Nick, Mat və Anna-ya məxsusdur. Əgər bu üçlüyün planları həyata keçsə gələcəkdə müəssisə daha da baha ola bilər. Oyuncaqlar hələ ilkin mərhələdir. Ardınca, uşaq bezləri və ev heyvanları üçün qidalar kimi bir sıra istehak malları seriyası da gözlənilir.
Qardaşı Mat-la birgə baş direktor vəzifəsini icra edən Nick deyib ki, onlar şirkəti daha da gəlirli etmək üçün hər şeyə hazırdırlar. “Mənim üçün istənilən biznesin mahiyyəti də məhz bundan ibarətdir”- deyə, o bildirib.
Bacıları Anna isə bu işdə daha ehtiyatlıdır : “ Biz Yeni Zellandiyadanıq və buna görə də çox təvazökarıq. Lakin biznes bizim üçün əsl macəraya çevrilib”.
Firma hobbi kimi başlayıb. Mat, 12 yaşında mini-model hava şarı düzəldir və bu layihə ilə Yeni Zellandiya elmi yarmarkasında qələbə qazanır. Nick-lə birgə o, orkestr evlərinə baş çəkib bütün istəyənlərə bu dəstlərdən satıb. 19 yaşında Mat kollecdən çıxır və valideynlərinin fermasında kiçik təsərrüfat qurur. Nick də 18 yaşı tamam olan kimi təhsilini yarımçıq qoymaq qərarına gəlir. Qardaşı ilə birgə öz əyləncəsindən tam bir biznes qurmaq üçün Çinə yollanır. Yol elə başlanğıcdan keşməkeşli olur. Həmin anları Nick belə xatırlayır: “ Biz ilk gecə hava limanında kolluqda gecələməli olduq”.
Sonralar qardaşlar Şantou şəhərində, aylığı 20 dollar olan kirayə mənzildə yerləşirlər. Bir ildən sonra bacıları Anna da onlara qoşulur.
Gələcək sahibkarlar boş yerə vaxt itirmirlər. Onlar digər şirkətlərin işlərini təkrarlamaqla başlayırlar. İlk saxta məhsulları iki kiçik oyuncaq istehsalçısının pul daxılı və işıqlı frisbi diski olur.
Nick, onları internetdən tapıb sadəcə surətlərini çıxardıqlarını etiraf edib.
Bu məhsullarla şirkət, Nyu-Yorkda bu sənaye sahəsi üzrə ən vacib tədbirlərdən biri olan oyuncaq yarmarkasında çıxış edir. Orada onlar distribütorla razılıq imzalayırlar. Lakin tədbir başa çatandan sonra məhsulların əsl istehsalçıları saxta mallardan xəbər tuturlar və frisbinin istehsalçısı zuru-nu məhkəməyə verir. Mübahisəni sonda məhkəmədən kənar qaydada həll etmək mümkün olur.
Səs-küydən sonra Mowbray ailəsi xarici bazarlara keçir – Zuru öncədən satış üçün Zing honk-konq şirkətidən oyuncaqlar alır. Zamanla yeni gəlir yolları axtarışında artıq Zuru özü də oyuncaqlar istehsal etməyə başlayır. Lakin ən çətini hələ qarşıda idi.
2005-ci ildə Zuru, çin istehsalçısı ilə birlikdə istifadəçinin futbolçu David Beckham üçün oynaya biləcəyi əl oyunu konsoluna hüququ 1 milyon dollara alır. Tərəfdaşların Walmart-dan 29 milyon dollara 2,2 milyon ədəd almaq üçün sifariş vermişdilər. İstehsal başlayan kimi amerikan riteyleri sifariş həcminin 80%-dən çoxundan imtina etdi və bu da Zuru-nu dərhal böyük zərərə sürüklədi.
Nick xatirələrində belə deyir: “ Mən Walmart-dan bizim vəziyyətimizə girməyi xahiş etdim”.
Bunu istəməsə də ticarət şəbəkəsi yenə də 800 min cihaza görə ödəniş etməyə razılaşır.
Lakin konsolların Walmart piştaxtalarında görünməsi tam bir uğursuzluğa gətirib çıxardı. Nick-in sözlərinə görə, məhsul satılmayıb elə rəflərdə də qalır.
Uğursuzluqlar Mowbray ailəsini dayandırmır. Onlar işə qayıdırlar və zamanla bazara, maliyyə uğuruna gətirib çıxaran oyuncaqlar çıxarırlar. Məsələn, Bunch O Balloons Zuru-nun ən məşhur bəhrəsidir və şirkətə ildə 200 milyon gətirir. Bundan başqa, Robo Alive seriyasından batareyalı palstik heyvan oyuncaqları 60 milyon dollar gətirir.
Buna baxmayaraq, Zuru-nun bəzi oyuncaqları rəqiblərin məhsullarına çox oxşayır. Məsələn, Zuru-nun Dart Blasters seriyasından olan və sayı ildə 35 milyona çatan oyuncaq tapançalar Nerf-in oyuncaqlarını xatırladır. Bundan başqa, Metal Machines maşınları seriyası var və onlar Mattel-dən olan Hot Wheels-ə oxşayırlar. LEGO-nun satdığı analoji mövzuların qəhrəmanlarının plastik fiqurları da bu sıraya daxildir. Keçən dekabr ayı dünyanın ən məşhur uşaq konstruktoru istehsalçısı Zuru-nu məhkəməyə verir. Bunu belə izah edir ki, Yeni Zellandiya firmasının oyuncaqlarını fövqəladə və aşkar oxşarlığa görə asanlıqla LEGO fiqurları ilə qarışıqdırmaq olur. Məhkəmə çəkişməsi bu günə qədər davam edir.
Nick Mowbray hər şeyi fərqli görür : “ Biz təqlidlərlə deyil, yeniliklərlə məşğul oluruq. LEGO öz taxçasını müdafiə edir, lakin onlar bazarın sahibi deyillər. Bu, necə deyərlər, ilk mühərrikli avtomobili Ford şirkətinin yaratması kimi birşeydir. Amma indi bu o demək deyil ki, Ford-dan başqa hamıya avtomobil quraşdırmağı qadağan etmək lazımdır”.
Qalan hallarda biznes tam sakit gedir. İyulda Nick ABŞ-a uçur və orada milyarder Bill Ackman-la tanış olur. ABŞ-da Nick yuyucu vasitələr və ev heyvanları üçün qidalar kimi təmamilə yeni Zuru məhsullarının satışı üçün reteylerlərlə əlaqələr qurmaq istəyir.
Nick deyir: “ Oyuncaq istehsal etmək əla bir işdir. Biz yaxşı uğurlara imza atmışıq, uşaqların zövqü hər yarım ildən bir dəyişir və bu, dünyada ən çətin biznesdir”.
Onun öz qiymətləndirməsinə görə, yeni layihə çərçivəsində ilk təklif olan Rascal & Friends brendi altında uşaq bezləri seriyası bu il 60 milyon dollardan çox qazanc gətirəcək. Sonra isə, One Pod yuyucu kapsullarının, Healthy by Habit vitaminlərinin və digər məhsulların buraxılması gözlənilir.
Nick sözlərinə əlavə olaraq bildirb: “ Biz oyuncaq istehsalı biznesinin bizə verdiklərindən ən yaxşı olan tərəfləri tətbiq edirik – avtomatlaşdırma, istehlak məhsullarının hazırlanması texnologiyaları və onları daha stabil, güvənli kateqoriyalara köçürürük.
Sahibkar onun üçün şirkətdə ideal sayılan əsas satıcı roluna artıq təmamilə alışıb. O əminliklə dyib ki, inanılmaz dərəcədə böyük biznes qurmaq niyyətindədirlər və tezliklə onların da ulduzu parlayacaq.