Əsas səhifə Biznes Biznes məqalələri İş üçün ABŞ-a köçməyin yolları

İş üçün ABŞ-a köçməyin yolları

568

Amerikada necə işləmək olar?

ABŞ – iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdən biridir. Belə ki, gəncləri düşündürən suallardan biri də odur ki, ABŞ-a necə köçə bilərəm? Bu məqsədə çatmaq üçün, sizə mövcud olan iş və təcrübə vizaları haqqında məlumat verək.

Müasir dövrdə ən geniş yayılmış ABŞ-da iş və təcrübə vizalarına H-1, O1, və J-1 daxildir.

H-1B iş vizası

Tələb oluna bilər: təhsil haqqında diplom, diplomun çıxarılışı, işdən məktublar.

Təxmini xərclər: 2,5-4,5 min dollar – hüquqşünasların xidmətlərinə,

190 dollar – konsul işlərinə, 1210-3879 dollar – dövlət rüsumları çəkilən xərc (şirkətə görə dəyişir).

Ən geniş yayılmış iş vizası H-1B-dir. Vizanın köməyi ilə işəgötürən, ölkəyə xarici mütəxəssisi gətizdirmək imkanını alır. Əsas şərtlərdən biri mütəxəssisin ali təhsilli və ya təcrübəli olmasıdır.

Bu vizanın əsas üstün cəhəti odur ki, müraciət edən öz nailiyyətlərini və ya bacarıqlarını sübut edəcək sənədləri təqdim etmək məcburiyyətində deyil. Belə işçinin ailəsi, vizanın etibarlıq müddəti bitənə kimi onu müşayiət edərək ABŞ-da yaşamaq imkanını alır.

Lakin, yerlərin sayı məhduddur: hər il yalnız 65 min H-1 vizası təqdim edilir, sorğuların sayı isə qat-qat çoxdur. Bu səbəbdən, bütün sorğular xüsusi lotereya vasitəsi ilə oynadılır. Lotereya hər ilin aprel ayında həyata keçirilir.

Təcrübə üçün J1 vizası

Tələb oluna bilər: təhsil haqqında diplom, diplom çıxarılışı, bəzən işdən məktublar.

Təxmini xərclər: 1-2,5 min dollar – hüquqşünasların xidmətlərinə, 160 dollar – konsul işlərinə, 2-3,5 min dollar  – sertifikasiyalı mərkəzlər vasitəsilə vizanın hazırlanmasına çəkilən xərc (mərkəzdən mərkəzə dəyişir).

J-1 təcrübə proqramının bir çox növləri mövcuddur: tələbələr üçün «Work and Travel», professorlar, tədqiqatçılar və digərlər üçün  nəzərdə tutulmuş bir sıra proqramlar. Tələbələr üçün (interns) və təcrübəli mütəxəssislər üçün nəzərdə tutulmuş (trainees) proqramlarına nəzər yetirək. “Trainees” proqramında ali təhsili və ən az bir il iş təcrübəyə malik olan  mütəxəssislər iştirak edə bilərlər.

Burada ən vacib məsələlərdən biri, sizi təcrübəyə dəvət etmək istəyən şirkəti tapmaqdır, çünki J-1 iş vizası deyil. Adətən ölkədə qalmaq müddəti məhdud olur-12-18 ay. Bu vizanın köməyi ilə siz ingilis dilini təkminləşdirə, faydalı təcrübə qazana və ABŞ ilə peşəkar əlaqələrə yiyələnə bilərsiniz.

Bu vizanın əldə etmək üçün il boyu müraciət göndərə bilərsiniz.

“Seçilmiş mütəxəssislər” üçün O-1 vizası

Tələb oluna bilər: portfolio, tövsiyə məktubları, mükafatlar, patentlər.

Təxmini xərclər: 4-8 min dollar – hüquqşünasların xidmətlərinə, 190 dollar – konsul işlərinə, 460-1780 dollar – dövlət rüsumlarına çəkilən xərclər (baxılma müddətindən asılı olaraq dəyişir).

O-1 – elm, incəsənət, televiziya sənayesi, kinematoqrafiya, təhsil, biznes və idman sahəsində xüsusi bacarıqlara malik olan şəxslər üçün nəzərdə tutulur. Bu vizanı alan şəxs, bir neçə şirkət ilə əməkdaşlıq edə bilər. Vizanın müddəti 3 ilə qədər olmaqla, sonsuz dəfə uzadıla bilər. Burada hər hansısa təhsil və ya təcrübəyə ehtiyac yoxdur. Əsas götürülən şey vətənində xüsusi bacarıqlarını sübut etməkdir. Bu məqsədə çatmaq üçün, siz, tanınmış şirkətlərdə iş təcrübəsini qazana, müxtəlif mükafatlar ala, konkurslarda iştirak edə bilərsiniz.

Vizanı necə almaq olar

  1. İlk növbədə hüquqşünasdan məsləhət almağınız və vizanın növünü müəyyən etməyiniz tövsiyə olunur. Müqavilə bağlayandan sonra, sizə toplamalı olduğunuz sənədlər siyahısı təqdim olunacaq. Hazırlıq prosesi orta hesabla 1-3 ay davam edir.
  2. Sənədlər hazır olduqdan sonra, vəkil onları USCIS immiqrasiya departamentinə ötürür.
  3. USCIS departamentinin cavabını gözləmək (2 həftədən bir neçə aya qədər çəkə bilər)
  4. Hüquqşünas ilə bir yerdə səfirliyin müsahibəsinə hazırlaşmaq. Müsahibə ingilis dilində keçirilə bilər. İş vizasını almaq üçün, ingilis dilində danışmaq əsas şərtlərdən biridir.
  5. Müsahibəni keçmək və vizanı almaq (bir neçə gündən bir həftəyə qədər).

Rəy bildir

Please enter your comment!
Please enter your name here