Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Uberin top-meneceri Kameron Petcher təcavüz ittihamlarından sonra istefa edib

Uberin top-meneceri Kameron Petcher təcavüz ittihamlarından sonra istefa edib

403
Paylaş

Uberin korporativ inkişaf meneceri Cameron Petcher, cinsi təcavüz iddialarından sonra şirkətdən istefa edib. Bu barədə məlumatı Banker.az Wall Street Journal-a istinadən xəbər verir.

2017-ci ildə şirkətin bir neçə qadın əməkdaşı Petcherin  onlar haqqında seksual şərhlərə yol verdiyini bildirmişdilər. Üstəlik, üst menecer şirkətin daxili qaydalarını pozaraq, işçilərin biri ilə  yaxın əlaqədə olub. O zaman o, rəsmi bir xəbərdarlıq aldı, illik mükafatını azaltdılar, lakin bir çox Uber işçisi onu  işdən çıxmağının lazım olduğunu düşünürdü. İstintaqın detalları 2018-ci ilin sentyabrında yalnız bir il sonra ortaya çıxdı.

Uber nümayəndələri keçmiş işçiyə 4,5 illik əməkdaşlıq  üçün təşəkkür ediblər. O, SoftBank qrupundan şirkətə 7,7 milyard dollar sərmayə cəlb etməyə kömək edib. İşdən azad olandan  sonra Cameron Petcher heç bir şərh verməyib.

Yeni rəhbərlik təyin olunana qədər  onun vəzifələrini Uberin maliyyə direktoru  Nberon Chai icra edir.

Uberin köhnə CEO-su və həmtəsisçisi Travis Kalanikin 2017-ci ilin iyun ayında ittihamlar səbəbiylə vəzifəsindən istefa edib.