Uber Technologies Inc.in yaradıcısı və keçmiş baş icraçı direktoru Travis Kalanick son yeddi həftədə şirkətin səhmlərini 2,5 mlrd. dollar çox məbləğə satıb. Bu onun payının 90%-dən çoxu deməkdir.
“Bizplus.az” xarici mətbuata istinadən xəbər verir ki, Kalanick “Uber”in səhmlərini bu templə satmaqda davam edərsə yaxın günlərdə şirkətin bütün səhmlərindən azad olacaq.
Qeyd edək ki, Kalanick səhmlərin satışına noyabrın əvvəlləri başlayıb.
Onun bu addımının dəqiq səbəbləri məlum olmasa da,mətbuat mənbələrinə görə, Kalanick şirkətin hazırki rəhbərliyindən və onu 2017-ci ildə CEO postundan getməyə vadar edən səhmdarlardan artıq narazıdır.
“Uber” səhmləri IPO-dan sonra 30% ucuzlaşıb. Cümə günü ticarətinin nəticələrinə görə, şirkət səhmlərinin dəyəri 1,5 % artaraq 30,45 dollara çatıb.