“Uber”in gəliri 2019-cu ilin birinci rübündə 20% artaraq 3,1 milyard dollara çatıb

Date:

Paylaş:

Bu “Uber”in ictimai şirkət olaraq əldəetdiyi ilk maliyyə hesabatıdır.

“Uber” taksi sifarişi xidmətinin gəliri 3,1 milyard dollar olub və bu da keçən ilki ilə müqayisədə 20% çoxdur. Bu barədə şirkətin, 2019-cu ilin birinci rübünün yekunlarına dair maliyyə hesabatında bildirilib.

Göstərilən dövr ərzində şirkətin itkiləri 1 milyard dolları ötüb. Reuters açıqlama verib ki, bu, “Uber” Eats qida çatdırılması xidmətinə və yükdaşıma biznesinə gedən xərclərin artımı ilə əlaqəlidir.

“Uber”in açıqlamasına görə, xidmət vasitəsilə gediş sifarişlərinin sayı ilbəil 34% artıb. Birinci rüb ərzində həyata keçirilən bütün gedişlərin ümumi dəyəri 14,6 milyard dolları keçib.

Dünya üzrə aktiv “Uber” istifadəçilərinin sayı 93 milyon nəfərə çatıb. 2018-ci ilin dördüncü rübündə bu göstərici 91 milyon olub.

Şirkət birinci rübə görə itkiləri 1-1,1 milyard dollar civarında proqnozlaşdırıb, Reuters qeyd edir. Gəlirin isə 3,04-3,1 milyard dollar olması gözlənilib. Agentliyin açıqlamasına görə, “Uber” investorlarda inam yarada bilən gözlənilən maliyyə nəticələrinə nail ola bilib.

2019-cu ilin mayında “Uber” Nyu-York fond birjasında yatırım edib. Səhm ticarəti hər səhmə görə 42 dollardan başlayıb və bu da IPO qiymətindən aşağıdır ( hər səhm üzrə 45 dollar).

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...