Uber 2020-ci ilin birinci kvartalında Careem taksi xidmətinin aliınması ilə bağlı anlaşmanı bağlamağı planlaşdırır. 3,1milyard dollardan 1,7 milyard dolları Uber konvertasiya edilən istiqrazlar şəklində ödəyir.
Şirkət Careem-in bütün vahidlərini o cümlədən çatdırılma xidmətini və ödəniş platformasını alacaq. Uber deyir ki, Careem müstəqil törəmə müəssisə kimi əvvəlki rəhbərliyi ilə işləyəcək.
Özlərinin verdiyi məlumata görə, Careem 2012-ci ildən Yaxin Şərqdə, Afrikada və Asiyada işləyir və 30 milyondan çox istifadəçisi həmçinin 1 milyondan artıq sürücüsü var. Careem xidmətləri BƏƏ, Qatar, İraq və daha 12 ölkədə mövcuddur. Fəaliyyəti ərzində şirkət 771 milyon dollar səviyyəsində yeddi səhm raundunda vəsait cəlb edib.
2018-ci ildə Uber öz bölmələrini sahə rəqabətçilərinə satdı: martda şirkət biznesi cənubi Asiyadakı Grab-ı aldı, fevralda isə Rusiyanın Uber-i ” Yandex.Taksi” –ni özunə birləşdirdi.