“Uber Works” tətbiqi insanlara iş tapmaqda, işəgötürənlərə isə qısamüddətli tapşırıqları yerinə yetirmək üçün işçi axtarmaqda yardımçı olacaq bir platformadır. O, bugün çıxacaq və yalnız Çikaqoda keçərli olacaq.
Bizplus.az Xarici KİV-ə əsasən bu barədə xəbər verir.
Uber-in bu tətbiqi öz analoqlarından onunla fərqlənir ki, biznes-sahəyə yönələcək. Bu o deməkdir ki, onun köməyi ilə təmizlikçilər və ya yükləyicilər ayrica bir adamdan deyil, böyük bir şirkətdən sifariş əldə edəcəklər. Biznes nümayəndələri meydançada tədbirlər və ya layihələr üçün müvəqqəti işçilər tapa biləcəklər.
Tətbiq əmək haqqı, iş yeri və şərtləri barədə ətraflı məlumat təqdim edir. İstifadəçilər həmçinin, iş və fasilə saatlarını öyrənə və uyğun gələn növbəyə yazıla biləcəklər. İşəgötürənlər üçün sınaqdan çıxmış və ixtisaslaşmış müvəqqəti işçilərə çıxış açıq olacaq.
“Biz inanırıq ki, iş axtarmağın özü işə çevrilməməlidir”, şirkətin məlumatında deyilir.
Uber Works işə götürən, ödəniş edən və həmçinin, xərci ödənmiş tətil kimi faydalı xidmətlər təklif edən iri iş axtarma agentlikləri ilə əməkdaşlıq edəcək. Hələ ki, şirkət tətbiqin Çikaqoda uğurlu olmasına can atır, burada o, artıq bir ildir sınaq rejimində işləyir. Sonra xidmət digər yerlərdə də açıq olacaq.
Qeyd edək ki, Uber Works barədə xəbər 2018-ci ilin oktaybrında məlum olub. Ekspertlər xidmətin buraxılmasını onunla izah ediblər ki, şirkət IPO-ya çıxmaq ərəfəsində öz biznesini çeşidləndirməyə və bununla da bazarda öz təklifini möhkəmləndirməyə can atır.