Beyonce-dan başqa, əvvəllər “Uber”-ə onun əri Jay-Z, Ashton Kutcher, Gwyneth Paltrow, Olivia Munn və Leonardo DiCaprio sərmayə yatırıblar.
2015-ci ildə Beyonce “Uber” şirkətinin Las-Vegasda keçirilən korporativ gecəsində çıxış edib. Lakin təklif edilən 6 milyon dollar qonrar əvəzinə o, şirkətin səhmlərini istəyib və onların ümumi məbləği ona vəd edilən qonorarla eyni olub.
Bu yaxınlarda keçirilən “Uber” IPO-sundan 4 il sonra Beyonce-un paketinin dəyəri 300 milyon dollar qədər artıb. Bu məlumatları Refinery 29 qəzeti verib.
“Uber” Nyu-Yorkun fond birjasında cəmiyyətə açıq səhm yatırımı keçirib. Şirkət 8,1 milyard dollar cəlb edib və hər səhmə görə 45 dollar olmaqla 180 milyon satıb. Kapitalizasiyası 82,4 milyard dollar olub, bu, proqnozdan(120 milyard dollar) yarım dəfə azdır. Buna baxmayaraq, “Uber” IPO-su ABŞ fond bazarı tarixində ən nəhəglərin üçlüyünə düşüb.
Bu müğənninin çıxışına görə çoxlu qazandığı ilk belə hal deyil. Belə ki, keçən il keçirilən Coachella festivalında o, 4 milyon dollar qazanıb və bu festival onun karyerasında önəmli yer tutanlardan biri olub. Lakin sonra o, “Netflix”-lə “Homecoming” sənədli filminə görə kontrakt imzalayıb: A Film by Beyonce bu çıxışın hazırlıqları və ondan 60 milyon dollar qazanıb.