Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Uber şirkətinin IPO keçəcəyi vaxt müəyyən olub

Uber şirkətinin IPO keçəcəyi vaxt müəyyən olub

307
Paylaş

Uber şirkəti və onun əsas rəqibi olan Lyft, artıq gələn ildən İPO-ya keçə bilərlər.

Uber, ötən həftə ərazində, ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə Komissiyasına bütün sənədləri təqdim edərək səhmlərin ilkin ictimai təklifinin həyata keçirilməsi prosesinə başlayıb  (İPO).

Bu məsələ ilə tanış olan mənbələrdən əldə edilən məlumata görə, Uber rəqibinə Lyft – ə qoşulub.

Qeyd edilir ki, IPO 2019-cu ilin birinci rübündən tez baş verməyəcək və həmin ilin ən böyük texnoloji İPO-lardan biri olacaqdır.

Səhmlərin ilkin ictimai təklifi şirkətin növbəti böyümə mərhələsini maliyyələşdirmək üçün vəsaitlərin cəlb edilməsinə yönəldilmişdir və erkən investorlar və işçilərə səhmlərini çıxarmaq imkanı verəcəkdir.

Uber IPO üçün hazırlaşan yeganə şirkət deyil. Qeyd edək ki, Slack, Airbnb, Palantir və Stripe də 2019-cu ildə potensial IPO – lar kimi nəzərdən keçirilir.

Uzun müddətdir ki, Uber IPO-nu gələn ilin ikinci yarısında gözlədiyini bildirir.

Lakin, birja bazarında dəyişkənlik və Lyft-in IPO-ya daxil olmaq planları səbəbindən Uber  buprosesi sürətləndirməyə qərar verdi.