“Uber” in sabiq rəhbəri şirkətdəki payının $711 mln. satıb

Date:

Paylaş:

“Uber” in qurucusu Travis Kalanik, IPO-dan altı ay sonra şirkətin səhmlərini satmağa davam edir. Əvvəlcə sahibkar 547 milyon dollarlıq, daha sonra isə 164 milyon dollarlıq qiymətli kağız satıb. Qeyd edək ki, Travis Kalanikin şirkətdəki payı 1,9 milyard dollar dəyərində qiymətləndirilir.

“Səhmlərin satışı Kalanikin “CloudKitchens” da daxil olmaqla digər sərmayələrə yönəldiyini vurğulayır”, – Bloomberg yazır.

Xatırladaq ki, daha əvvəl biznesmen “CloudKitchens” lərin yaradılmasına Səudiyyə Ərəbistanının suveren fondundan 400 milyon dollar maliyyə cəlb etmişdir. Sövdələşmə nəticəsində “CloudKitchens” 5 milyard dollar dəyərində qiymətləndirilə bilər.

Kalanik “Uber” in baş direktoru vəzifəsini icra etdiyi müddətdə şirkətdəki payını saxlayacağını söyləmişdir. 2017-ci ildə istefa  etdikdən sonra, o, bir il ərzində sahib olduğu qiymətli kağızları satmaqdan imtina etsə də, 2018-ci ildə payının 1,4 milyardını satmışdır. Altı aydan sonra Kalanik səhmləri satmağa davam edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...