Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Uber sərnişinlərdən təhlükəsizliyə görə yığım alıb

Uber sərnişinlərdən təhlükəsizliyə görə yığım alıb

85
Paylaş

Sürücülərinə qarşı tez-tez baş verən hücumlarla əlaqədar Uber şirkəti sərnişinlərdən “təhlükəsizlik vergisi” almağa başlayıb. Qazanılan yarım milyard dollarlar şirkətin kassasına gedib.

“Təhlükəsizlik vergisi” sərnişinlərin üzərinə hər gedişə görə 1dollardan çox pul ödəmək öhdəliyi qoyub. Bu qayda 2014-cü ildə irəli sürülüb.

New York Times qəzeti jurnalisti yazır: “Layihə üzərində işləyən əməkdaşların sözlərinə görə, təhlükəsiz gedişlər ilk öncə, hər gedişə 1 dollar xalis marja əlavə etmək üçündür. Zamanla, şirkət demək olar ki, yarım milyard dollar əldə edib, lakin onu təhlükəsizlik ölçülərinin artırılması üçün istifadə etməyib”.

Şirkətdə bildiriblər ki, Uber vergilərlə artan xərcləri kompensasiya edəcəyinə söz verib. Uber həm də bazar strategiyasını dəyişib və özünü “yolda ən təhlükəsiz” adlandırıb.

Uber nəinki sürücülər hətta sərnişinlər üçün də təhlükəlidir. 2015-ci ildə The Atlantic xəbər verib ki, Uber sürücüləri tərəfindən cinsi təcavüz halları çoxalıb. Apreldə Uber və Lyft şirkətləri xəbər veriblər ki, sərnişinlərlə bağlı təhlükəsizik ölçülərini gücləndiriblər.