“Uber” reklam bannerlərinə görə ABŞ sürücülərinə ödəniş edəcək

Date:

Paylaş:

“Uber” Adomni reklam şirkəti ilə maşınlarda reklam bannerlərinin yerləşdirilməsi ilə bağlı müqavilə imzalayıb. Bunun üçün taksi xidməti yeni Uber OOH Powered by Adomi adlı bölmə yaradıb.

Reklam 2020-ci ilin 1 aprelindən Finiks, Dallas və Atlantadakı Uber maşınlarında görünəcək. Displeyləri təxminən min avtomobildə yerləşdirmək planlaşdırılır. Uber nümayəndəsinin sözlərinə görə, apreldə şirkət pilot proqramını digər şəhərlərdə də tətbiq etməyi düşünür.

Displeylər yeri və vaxtı təhlil edəcək, həmçinin, müəyyən auditoriyaya hədəflənən reklamı göstərəcək. Şirkətdən bildiriblər ki, bütün displeylər bir-biri ilə sinxronlaşdırılacaq.

Avtomobillər “Uber”in özünə aid olmadıqları üçün şirkət onların sürücülərinə displeyə görə 300 dollar və işlək vəziyyətdə displeylə 20 saatdan çox yol gedəcəkləri halda isə həftədə 100 dollar ödəniş edəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...