Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Uber” in qurucusu şirkətdəki payının yarısını satıb

“Uber” in qurucusu şirkətdəki payının yarısını satıb

81
Paylaş

“Uber” in qurucusu və keçmiş baş direktoru Trevis Kalanik son iki həftə ərzində şirkətdəki payının yarıdan çoxunu satıb, bu haqda “Forbes” məlumat verib. Qeyd edək ki, Kalanik noyabrın 6-dan başlayaraq sahib olduğu səhmləri satmağa başlamışdır – 22 milyon və 30 milyon.

Nəticədə hazırda Kalanik “Uber” dəki payı 3% (44,8 milyon səhm) təşkil edir. Biznesmenin nümayəndəsi jurnalistlərin bununla bağlı suallarına cavab verməyib.

“Uber” in hazırkı baş direktoru Dara Xosrovşaxi isə əskinə, şirkətdəki payını artırıb. Noyabr ayıda sahibkar əlavə olaraq 250 min səhm alıb ki, nəticədə onun şirkətdəki payı 1%-ə çatıb.

Satışdan əldə etdiyi vəsaiti Kalanik yeni biznesinə – “Cloud Kitchens” ə yatırır. “Forbes” un qiymətləndirmələrinə görə, onun dəyəri 3 milyard dollar təşkil edir.