Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Uber” özünü $83,8 mlrd. dəyərində qiymətləndirib

“Uber” özünü $83,8 mlrd. dəyərində qiymətləndirib

137
Paylaş

“Uber” taksi xidməti IPO-dan əvvəl səhmlərin qiymətini $44-50 səviyyəsində müəyyənləşdirib, bu məlumat şirkətin sənədlərində göstərilir. Bu halda şirkətin qiymətləndirməsi $83,8 mlrd. təşkil edəcək.

Şirkət IPO dövründə birjaya təqribən 180 milyon səhm buraxmağı və $9 mlrd. sərmayə cəlb etməyi planlayır.

Daha əvvəl məlum olmuşdur ki, “Uber” özünü $120 mlrd dəyərində qiymətləndirir, CNBC xatırladır. Son investisiya raundunda şirkətin dəyəri $76 mlrd. təşkil edib.

2019-cu ilin birinci rübündə $1,07 mlrd dəyərində zərər gözlənilir. Eyni zamanda qeyd etmək lazımdır ki, şirkət “PayPal”-dan $500 mln. sərmayə cəlb edib.

Xatırladaq ki, şirkətin əsas rəqiblərindən biri 2019-cu ilin mart ayında birjaya çıxan “Lyft” xidmətidir. Xidmət özünü $21-23 mlrd. dəyərində qiymətləndirib. 26 aprel tarixinə qədər səhmlərin aşağı düşməsindən sonra, şirkətin kapitallaşması $16,11 mlrd. qədər azalmışdır.