Əsas səhifə Biznes sahələri Texnologiya Uber Nyu-York sürücülərinə $45 mln ödəyəcək

Uber Nyu-York sürücülərinə $45 mln ödəyəcək

935
Paylaş

Uber şirkəti Nyu-York sürücülərinə, hesablamalardakı səhv səbəbindən, 45 mln dollar həcmində təzminat ödəyəcək. Bu haqda, şirkətin təmsilçilərinə istinadən The Wall Street Journalməlumat verir.

Uber nümayəndələri bildirib ki, son iki il yarımərzində səhvən Nyu-York sürücülərinə pulu tam ödəməyib. Sürücülük müqaviləsinin şərtlərinə əsasən, 2014-cü ilin noyabr ayından, Uber vergilər və yığımlar çıxıldıqdan sonra, hər səfərdən gəlirin 25%-ni əldə etməlidir. Amma bunun əvəzində Nyu-Yorkda şirkət, tam səfərin qiymətindən (vergilər çıxılmadan) öz payını alırmış.

«Biz səhvə yol vermişik və qısa müddət ərzində, sürücələrə “son penniyə” qədər bütün pulu qaytarmaq üçün əlimizdən gələni etməyə hazırıq, o pulu ki, onlar faizlərlə birlikdə almalı idi» – ABŞ və Kanada üzrə şirkətin regional meneceri Rachel Holt söyləyib.

Şirkət Nyu-Yorkdakı hər sürücüyə orta hesabla $900 ödəməyə söz verir. Hətta artıq Uber ilə çalışmayan sürücülər də təzminatı alacaq. Şirkət təzminat məbləğinin həcmini tam açıqlamaqdan imtina etsə də, hesablamalara əsasən, The Wall Street Journal iddia edir ki, rəqəm 45 milyon dolla həcmində olacaq, çünki Uber təxminən Nyu-Yorkda 50 min taksi ilə əməkdaşlıq edir.