Uber Nyu York birjasında səhmlərini ilk dəfə satışa çıxarıb

Date:

Paylaş:

ABŞ-ın taksi çağırma proqramı Uber, həftənin son əməliyyat günündə Nyu York birjasında səhmlərini ilk dəfə satışa çıxarıb. 

ABŞ şirkətinin bazar dəyəri 82,4 milyard dollar müəyyən olunub. Şirkətin bir səhmi 45 dollardan satışa təqdim olunub. 

Lakin gün sonuna doğru şirkətin səhminin qiyməti 7,6% ucuzlaşıb və 41,57 dollardan ticarət olunub. 

Mütəxəssislər bu vəziyyətin, 2018-də 3 milyard dollar zərər edən şirkətin mənfəətə keçə biləcəyinə dair  narahatlıqlar olmasından və sərmayəçilərin buna görə təmkinli davranmasından qaynaqlandığını qeyd edirlər. 

10 il əvvəl yol çıxan Uber, son illərdə sürücüsüz texnologiyaları inkişaf etdirməyə də fokuslanmışdır. Uber-in sürücüsüz texnologiyaları inkişaf etdirmək üçün 1 milyard dollarlıq yeni bir sərmayə alıb. 

Uber-in ən yaxın rəqibi Lyft də, Aprel ayının əvvəlində birjaya çıxaraq bazar dəyərini 22 milyard dollara qaldırmışdı.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...