Uber Technologies ABŞ-ın 50 ştatından verilmiş kollektiv məhkəmə müraciəti üzrə 148 mln. dollar cərimə ödəməyə razılığını bildirib. Bu məhkəmə çəkişməsi 2016-cı ildə şirkətin məlumatlarının sızması ilə bağlı idi.
Ödənilmiş cərimə ştatların büdcələrinə müxtəlif proporsiyalarda bölünəcək.
“Şirkət müştəri məlumatlarını qorumağı bacarmadı və məlumat sızması haqqında artıq biləndən sonra bu haqqda rəsmilərə məlumat verməkdənsə, bunu hamıdan gizlətmək qərarına gəlib” belə bir iddia ilə prokuror məhkəmədə çıxış etmişdir.
Məlumat üçün bildirək ki, 2017-ci ildə məlum olmuşdurki Uber şirkətindən ötən il 50 mln. müştərinin və 7 mln. sürücünün kart məlumatları, adları , sürücülük vəsiqəsi məlumatları və s. oğurlanmışdır. Bu məlumatı gizli saxlamaq üçün hakerlərə 100 min dollar ödənilmişdir.