Əsas səhifə Şirkətlər “Uber Eats” restoranlar üçün reklam meydanına çevriləcək

“Uber Eats” restoranlar üçün reklam meydanına çevriləcək

44

TechCrunch, şirkətə istinadən xəbər verir ki, “Uber” şirkəti “Uber Eats” tətbiqində reklam satmağa başlayacaq.

Şirkətin saytında Uber Eats Ads rəhbəri vakansiyası var. Onun işi yeni reklam biznesi qurmaq və müştəri bazasını artırmaqdan ibarət olacaq. Yeni xidmətin ofisi Torontoda açılacaq.

“Uber” nümayəndəsi şirkətin öz meydançasında reklam satacağını təsdiqləyib. Bu, Uber Eats-ın gəlirinin artmasına kömək edəcək.

Qeyd edək ki, üçüncü rübdə “Uber Eats”-ın itkisi 316 mln. dollar olub. Amma xidmətin gəliri keçən illə müqayisədə 64% artıb və buna görə də TechCrunch belə hesab edir ki, şirkət reklamlardan gəlir əldə edə və istifadəçilərin diqqətini çəkə bilər.

Rəy bildir

Please enter your comment!
Please enter your name here