Uber hazırda Hindistan bazarında Uber Eats xidmətinin yeni bir funksiyasını sınaqdan keçirir, bu funksiya restoranlar ayrı bir bölmədə yemək çatdırılma platformasını təşviq etmək müqabilində, bir neçə yeməkləri birləşdirib onları ucuz qiymətə satmaqlarından ibarətdir . Bu məlumat TechCrunch tərəfindən təsdiqləndi.
Bu yenilik bir neçə restoranı birləşdirib yeyinti xidmətlərini təqdim edən mobil proqramlar üçün bir çox üstünlüklər qazandırır. Tez-tez müştərilər hansı restorandan yemək sifariş etmək istədikləri barədə qərar verə bilmirlər. İndi Uber müstəqil olaraq istifadəçiyə sifariş vermək üçün əlverişli endirim təklif edən müəssisələrdən ibarət olan bir neçə variant təklif edə bilər.
Beləliklə, restoranlar Uber Eats platformasında yalnız keyfiyyət və çatdırılma sürəti baxımından deyil, həmçinin güzəştlər baxımından daha çox rəqabət aparacaqlar.
Hal-hazırda, Uber yalnız Hindistan bazarına deyil, başqa bazarlara da restoranlarla bu əməkdaşlıq strategiyasını inteqrasiya etmək məqsədəuyğun olub olmadığını müzakirə edir. Şirkət belə bir ehtimalın mövcud olduğunu bildirir.