Əsas səhifə Xəbərlər Biznes xəbərləri Uber Eats-da restoranlar ilə əməkdaşlıq üçün yeni bir strategiya yarada bilər

Uber Eats-da restoranlar ilə əməkdaşlıq üçün yeni bir strategiya yarada bilər

Uber hazırda Hindistan bazarında Uber Eats xidmətinin yeni bir funksiyasını sınaqdan keçirir, bu funksiya restoranlar ayrı bir bölmədə yemək çatdırılma platformasını təşviq etmək  müqabilində,  bir neçə yeməkləri birləşdirib onları ucuz qiymətə satmaqlarından  ibarətdir .  Bu məlumat TechCrunch tərəfindən təsdiqləndi.

Bu yenilik bir neçə restoranı birləşdirib yeyinti xidmətlərini təqdim edən mobil proqramlar üçün bir çox üstünlüklər qazandırır. Tez-tez müştərilər hansı restorandan yemək sifariş etmək istədikləri barədə qərar verə bilmirlər. İndi Uber müstəqil olaraq istifadəçiyə sifariş vermək üçün əlverişli endirim təklif edən müəssisələrdən ibarət olan   bir neçə variant təklif edə bilər.

Beləliklə, restoranlar Uber Eats platformasında  yalnız keyfiyyət və çatdırılma sürəti baxımından deyil, həmçinin güzəştlər baxımından daha çox rəqabət aparacaqlar.

Hal-hazırda, Uber yalnız  Hindistan bazarına deyil,  başqa bazarlara da  restoranlarla bu əməkdaşlıq strategiyasını inteqrasiya etmək məqsədəuyğun olub olmadığını müzakirə edir. Şirkət belə bir  ehtimalın mövcud olduğunu bildirir.

 

 

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here