“Uber” Azərbaycan üzrə direktor təyin etdi

Date:

Paylaş:

“Uber” şirkəti Ataman İnce-nin Uber-in Azərbaycan üzrə regional direktoru təyin olunduğunu elan edib.

Bu barədə şirkətdən bildirilib.

Bu postda İnce, “Uber” brendinin regionda gələcək fəal inkişafı, istifadəçi servisinin təkmilləşdirilməsi, partnyorlar vasitəsilə sürücülərlə yeni iş sxeminin qurulması və böyük partnyorlarla uzunmüddətli qarşılıqlı münasibətlərin yaradılmasına cavabdeh olacaq.

“Bu, şirkətin quruluşunda yeni bir vəzifədir və onun yaradılması öncəki komandanın və İnce bəyin regionda qarşısında duran yeni məqsədlərin məntiqi nəticəsidir. Uber-in Azərbaycanda regional direktoru bilavasitə Uber ML B.V. şirkətində Uber-in maraqlarını qoruyan direktorlar şurasına tabedir”,- şirkətin məlumatında deyilir.

Regional direktor təyin edilməmişdən öncə, İnce bəy 5 ildən çox Turkcell (Türkiyənin ən böyük mobil operatoru) şirkətində çalışıb və Şərqi Avropa, Mərkəzi Asiya və Qafkaz ölkələrində servisin işinə cavabdeh olub. Onun məsuliyyətlərinə şirkətin yeni bazarlara daxil olma strategiyası, biznesin qurulması və biznes şöbələrinin idarəsi daxil idi. Ataman İnce magistr dərəcəsini Parisin Essec biznes-məktəbində və MBA dərəcəsini Queens biznes-məktəbində (Kanada) alıb.

Beynəlxalq texnolojgiya şirkəti Uber eyni adlı sürücü sifarişi üçün mobil tətbiqin yaradıcısıdır. Uber-in missiyası şəhər daxilində hərəkəti bütün sakinlər üçün sadə, etibarlı və əlçatan etməkdir.

Mənbə: Marja

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...