Uber Asiyadakı biznesini satdı

1
811

Uber şirkəti Cənub-Şərqi Asiyadakı biznesinin, rəqibi Grab-a satılması üzrə razılığa gəlib. Müqavilə əsnasında Grab Uber-in nəinki taksi biznesini həmdə yeməklərin daşınması sahəsində fəaliyyət göstərən UberEats servisini də əldə edəcək. Uber isə öz növbəsində Grab-ın 27.5% səhminə sahib olacaq və Uber-in hal-hazırki CEO-su olan Dara Khosrowshahi Grab-ın direktorlar şurasına daxil olacaq. Bloomberg-in məlumatına əsasən bu müqavilənin bağlanmasını hər iki şirkətin investoru olan SoftBank holdinqi tələb edib.

Səhmdarların fikrincə bu müqavilənin bağlanması nəticəsində hər iki şirkət gəlirli olmaq yolunda irəliləyəcəklər. Belə ki, hər iki şirkətin biznesi hər il milyardlarla dollar vəsait itirir. Bundan əlavə olaraq məlumata əsasən Dara Khosrowshahi Uber-in 2019-cu il üçün planlaşdırılan IPO qabağı şirkətin maliyyə vəziyyətini düzəltməlidir. Asiya kimi bazarlardan çıxmaq öz növbəsində şirkətin göstəricilərini yaxşılaşdıracaq. Grab hal-hazırda İndoneziyada, Sinqapurda, Filippinlərdə, Malayziyada, Taylandda, Vyetnamda, Myanmada və Kambocada fəaliyyət göstərir. Onu da qeyd etmək lazımdır ki, 2017-ci ildə Uber Rusiya Federasiyasındakı biznesini Yandex Taxi-yə, 2016-cı ildə isə Çindəki biznesini Didi Chuxing şirkətinə satmışdır.

banker.az

1 COMMENT